Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Şəhidlərimiz
12 Yanvar , 2016

Təbriz 1957-ci ildə Bum kəndind anadan olmuşdur.Bum kənd orta məktəbinin 8-ci sinifini bitirib. Sonra Bakıya gedərək 1974-cü ildə 54 saylı texniki peşə məktəbinə daxil olub. Peşə məktəbini bitirdikdən sonra Bakı Baş Tikinti idarəsinin 17 saylı tikinti kantorunda inşaatçı işləyib. T. Yaqubov 1981-ci ildə Bakı Sənaye Pedaqoji texnikumuna qəbul olunub. 1984-cü ildə texnikumu bitirib və 16 saylı texniki peşə məktəbində müəllimlik edib. 1989-cu ildə Bakı geoloji kəşfiyyat idarəsində çalışıb. Sovet ordusunda xidmət edib. Hərbi ixtisası aviator olub. Ondə cəldlik, çeviklik, dözümlülük vardı.1992-ci ilin mart ayının 19-da könüllü olaraq Milli orduya yazılır. Xüsusi hazırlıq təlimi keçdikdən sonra 2-ci könüllü Bakı batalyonunun tərkibində cəbhəyə yollanır. Ağdaşın Cardam kəndində o döyüşmüş. Goranboy və Tərtər bölgələrində gedən döyüşlərdə fəal iştirak etmişdir. Bu döyüşlərdə düşman tankının üstündən açılan pulemyot gülləsi onu da şəhid etdi. Evli idi, iki oğlu yadigar qaldı. Təbrizim Arxa çevirmədi əmim düşmənə, Hər zaman döyüşün önündə getdi, Goranboy, Tərtərdə döyüşdü əmim, Düşmənin mövqeyin o viran etdi. İstədi Ağdırı əldən getməsin, Kişi tək qeyrətlə vuruşdu əmim, Düşmənin qəlbinə vəlvələ saldı, Dosta arxa oldu əziz təbrizim. Şəhid tək tarixə yazıldı adı, Həyatdan çox erkən köçdü Təbrizim, Ana tək sevdiyi vətən yolunda, Ən əziz canından keçdi Təbrizim.