19 Yanvar , 2023
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Məlikli kənd kitabxanası Məlikli məktəbində müəllim və şagird heyəti ilə birlikdə Ümumxalq Hüzn Günü ilə əlaqədar "Azadlığın qanlı gecəsi" adlı tədbir keçirmişdir.
Tədbir başlamazdan öncə 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.