Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
24 Avqust , 2022
" Asudə vaxt - azad vaxdır " adlı tədbir keçirildi. İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 24.08.2022-ci il tarixdə " Gənclərin asudə vaxtlarının səmərəli təşkili" mövzusunda " Asudə vaxt - azad vaxtdır " adlı tədbir keçirildi. Tədbirdə MKS - nin Uşaq şöbəsinin oxucuları və kitabxanaçılar iştirak edirdi. Məktəblilərin asudə vaxtının düzgün təşkili onların müəyyən fəaliyyətə cəlb olunması deməkdir. Tədbirdə " Asudə vaxtınızı necə və harada keçirirsiniz ? "adlı anket sorğu keçirildi. Sorğuda verilən suallar oxucular tərəfindən cavablandırıldı .Test suallarının cavabları ucadan oxundu.Tədbir çox maraqlı keçdi.Oxucular bu gün keçirdikləri asudə vaxtdan çox razı qaldılar. Tədbirin keçirilməsində məqsəd : Uşaq kitabxanalarında oxucuların asudə vaxtının təşkili.